Təhlükəsizlik və Nəzarət

Təhlükəsizlik kameraları sistemləri cinayətlərin azalmasına , dələduzluq hallarının qarşısını almağa və ya bu hadisələr baş verərsə cinayətin üstünü açmağa kömək olacaq vasitələrdi . Biz ən keyfiyyətli təhlükəsizlik avadalıqları ilə sizin təhlükəsizliyinizi təmin etməyə hazırıq . Kameralar həm görüntünü , həm də quraşdırılmış mikrofon vasitəsilə uzaq məsafədən eşitmək mümkün olan səsi tuta bilir. Kameralar kompütersiz birbaşa lokal şəbəkəyə və yaxud İnternetə qoşulduğundan mövcud olan şəbəkə ətrafına asan inteqrasiya edilir. Bu kameralar ikitərəfli səs ötürülməsini təmin edərək videomüşahidə sistemini yeni səviyyəyə qaldırır. Səsucaldıcını əlavə edərək kamera quraşdırılan yerdə hər kiminlə distansion dialoq aparmaq olar. 

Görüntünün müşahidəsi üçün nəzərdə tutulan əlavə olunmuş proqram təminatı bir kompüterin ekranında eyni vaxtda 16 kameradan olan görüntüləri müşahidəsinə imkan verir. Alınan görüntü kompüterin daimi yaddaşına əllə və ya müəyyən olunmuş cədvəllə yazıla bilər. Kamera xarici siqnalizasiya sistemlərinə və ya datçiklərə qoşula bilər, həmçinin qeyri-adi hadisələr haqqında xəbərdarlıq etmək üçün e-mail vasitəsilə avtomatik xəbərdarlıq sistemlərini kökləmək mümkündür.

 

Turniketlərin , İşçilərə nəzarət sistemlərinin quraşdırılması da tərəfimizdən icra olunur . Turniketlər xüsusi identifikasiya istifadə edərək işçi heyətin daxil olmaq icazəsini yoxlayır. Hər bir işçiyə identifikasiya vasitəsi verilirk ki bununla daİşçilərin daxil olma vaxtı və çıxış vaxtları qeydə alınır.  Bu vaxtlara xüsusi proqram təminatı ilə nazərət etmək imkanı mümkün olur.Proqram təminatı ilə xüsusi filterləmə apararaq bütün gecikmə hallarına və ya aylıq gecikmələrə də baxmaq mümkün olur .