Şəbəkələrin qurulması
Yüksək sürətli və etibarlı korporativ şəbəkələrin qurulması
Korporasiyanın hesablama, kommunikasiya və informasiya resurslarının birləşdirilməsi və elektron verilənlərin (məsələn, elektron sənədlərin, səsin, video görüntünün və s.) ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi şəbəkələrin qurulmasında bizə etibar edə bilərsiz.
Ofis infrastrukturunda fiziki qorunan şəbəkə mühitinin yaradılması üçün VLAN
Kanal səviyyəsində bir biri ilə işləmək imkanı olan cihaz qrupudur, baxmayaraq ki, fiziki olaraq onlar ayrı ayrı şəbəkə switch-lərinə qoşulu ola bilərlər. Və əksinə, ayrı ayrı VLAN-larda yerləşən cihazlar eyni switch-ə qoşulu olsalar belə, kanal səviyyəsində bir biriləri üçün görünməzdirlər və bu iki cihaz arasında əlaqə yalnız şəbəkə və ya daha yüksək səviyyədə mümkündür.
Cisco avadanlığı əsasında idarə olunan simsiz şəbəkələrin qurulması
Cisco Systems şəbəkə avadanlıqları bazarına liderlik edən bir şirkətdir. Fərdi istehlakçıların tanıdığı Linksys markası da Cisco şirkətinə məxsusdur. Dünyadakı internet şəbəkəsində istifadə olunan aktiv cihazların (router, switch, firewall, ip telefon və sairə) təxmini 80%-i Cisco şirkəti tərəfindən istehsal olunmuşdur. Biz sizə bu avadanlıqların quraşdırlmasında və istəyinizə uyğun tənzimləməsində xidmət göstərməyə hazırıq .
Bir birindən uzaq məsafələrdə yerləşən müəssisə infrastrukturlarının bir şəbəkə mühitində birləşməsi
Holdinqlər və ya kiçik şirkətlər qrupu öz ofisləri arasında şəbəkə qura bilər . Bu xidməti yüksək keyfiyyətlə icra edirik və işimizə zəmanət veririk . Şəbəkəyə nəzarət və texniki xidmət işlərini də bizə etibar edə biləcəksiz.
Müəssisələr üçün IP-telefoniya
Danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə edilən texnologiyadır. Diskret paket ötürülməsi üsulu ilə səs (danışıq) məlumatlarının ötürülməsi mümkündür. Köhnə analoq telefonları istifadə etmək iş mühitində narahatdı . İp telefoniya sizin ofis daxili və ya xarici danışıqlarınızı daha asan , rahat edəcək . Belə ki İP-telefoniya üç cür işləyir:
Kompüterdən kompüterə.
Kompüterdən telefona.
Telefondan telefona.
İstifadəçilərin təlimatlandırılması.
İşçilərinizə yeni qurulmuş şəbəkə ilə işləməkdə təlimatlandırmasını da öz üzərimizə götürürük . Hər bir yaranan problemlə bağlı izahlar verməyə və treninq keçməyə də hazırıq .Texniki mütəxəssislər sizə avadanlığın seçimi zamanı və gələcəkdə xidmət prosesində lazımi köməyi göstərəcəklər.